Cerard Batler dünya dağılandan sonra da yaşayacaq?

“300 Spartalı” kimi döyüş filmlərinin aktyorlarından olan Cerard Batler, Skott Çitvud və Pol Çitvudun komiksləri əsasında çəkiləcək “Afterburn” adlı filmdə rol alacaq. Filmin ssenarisini “Cənnətə xoş gəlmisiniz” filmindən tanıdığımız Met Conson yazıb. Filmdə gələcəkdə günəşdə baş verən fəlakətdən söhbət gedir. Özü də bu fəlakət nəticəsində yer üzündəki bütün texnologiya məhv olur. Filmin rejissorluğunu isə Koreyalı Çon Byön edəcək.  

Dalga TV © 2017