Çenninq Tatum "Qambit"də

Uzun müddət ekranlarda görünməyən aktyor Çenninq Tatumun yeni layihəsinin adı məlum olub. Yeni çəkiləcək olan “Qambit” filminin prodüseri Saymon Kinberqin verdiyi məlumata görə, filmdə hər şey: mükəmməl döyüş səhnələri, romantik səhnələr, hətta yumor olacaq. Layihənin rejissoru hər filmi ilə uğura imza atan Qor Verbinskidir. Baş rollardan isə hələ ki Çenning Tatumun adı məlumdur. Filmin çəkilişləri 2019-cu ilin birinci rübündə başlayacaq.

Dalga TV © 2017