Çenninq Tatum bu yay çəkilişlərə başlayır

“Omega Underground”un yaydığı məlumata görə, “Qambit” filminin çəkilişləri bu ilin iyun ayının 19-da başlayacaq. Filmin baş rolunda döyüş və dram filmlərinin populyar aktyoru Çenninq Tatum oynayacaq. Prodüserlər filmin rejissoru barədə hələ heç bir məumat vermirlər. Filmdə Çenninq Tatumun sevgilisi rolunda Lizzi Kaplan oynayacaq. Hələki filmin sujet xətti və başqa aktyorlar haqqında da məlumat verilmir, amma yayılan söz-söhbətlərdən biri də budur ki, filmdə Deniel Kreyq də rol alacaq. Filmin premyerası isə 2019-cu ilin iyun ayının 6-na planlaşdırılır.

Dalga TV © 2017