Cennifer Lourens kinodan gedir?

“Ac oyunlar”, “Mama” filmlərinin ulduzu Cennifer Lourens aktrisalıq karyerasını müvəqqəti olaraq dayandırır. Buna səbəb isə xeyriyyəçilik işləri ilə məşqul olmasıdır. Hazırda aktrisa “Represent Us” adlı şirkətlə müqavilə imzalayıb. Yeri gəlmişkən, bu şirkət korrupsiyaya qarşı mübarizə aparır. Jennifer Lourensin axırıncı filmi olan “Qırmızı Sərçə” yaxın aylarda kinoteatrlarda nümayiş olunacaq. Aktrisanın filmlərə çəkilməməyi bir il sürəcək.

Dalga TV © 2017