
Romantik
komediyaların məşhur aktyor və akstrisası olan Cennifer Eniston və Adam Sendler
“Netflix” şirkətinin istehsal edəcəyi “Detektiv hekayəsi” adlı filmə çəkiləcəklər. Filmin rejissorluğunu “Park istirahət mərkəzi” filmindən tanıdığımız Kayl
Nyuaçek edəcək. Filmdə polis işləyən ailənin Avropanın bir şəhərində yaşayan
milyarder bir kişinin qətlində şübhəli bilinmələrindən söhbət gedir. Filmin çəkilişləri
hələ başlamasa da, hazırda Cennifer Eniston Riz Uizerspunla birgə “Apple” şirkətinin
istehsal etdiyi filmdə işləyirlər.