Ceki Çan və Kris Taker yenidən iş birliyinə başlayacaqlar?

Məşhur aktyorlar Ceki Çan və Kris Takerin menecerləri mətbuat nümayəndələrinə açıqlama verərək bildiriblər ki, “Pik saatı” filminin 4-cü hissəsi lentə alına bilər. Şahidlərin dediklərinə inansaq, onlar ötən həftə hər iki aktyorun Las-Veqas şəhərində işlə bağlı danışıqlar apardığını görüblər. Düzünə qalsa, “Pik saatı” filminin 4-cü hissəsinin lentə alınması xəbəri hələ 2012-ci ildə deyilmişdi. Lakin o gündən bu günə film haqda heç bir məlumat əldə edilməmişdi. Amma deyilənlərə inansaq, deyəsən, bu dəfə məsələ ciddidir. Nəzərinizə çatdıraq ki, “Pik saatı” filminin birinci hissəsi 1998-ci ildə işıq üzü görmüşdü.

Dalga TV © 2017