Cared Leto “Morbius”un çəkilişlərinə hazırlaşır

Fərqli rolları ilə tamaşaçıların qəlbində taxt quran məşhur aktyor Cared Leto “Sony Pictures”in istehsal edəcəyi “Morbius” filmində rol alacağına görə hazırlıqlara başlayıb. Məsələn, Caredin üzünü saqqallı görməyə alışan tamaşaçılar “Morbius”da onu saqqalsız görəcəklər. Yeni çəkiləcək filmdə Maykl Morbiusun özünü necə vampirə çevirməsindən söhbət gedir. Filmin rejissorluğunu Daniel Espinosa edəcək. Filmdə Caredlə yanaşı kimlərin rol alacağı hələ ki məlum deyil.

Dalga TV © 2017