"Call of Duty" ekranlarda olacaq

Əsasən döyüş və müharibə mövzusunda oyunlar çıxaran “Activision Bizzard” komandası özlərinin ən məşhur “Call of Duty” oyununu ekranlaşdırmaq istəyir. Kino istehsal edən məşhur studiyalarda bu xəbər barədə açıqlama olmasa da, deyilənə görə, rejissor kürsüsündə “Homorra” filminin rejissoru Stefano Sollime əyləşəcək. Filmin prodüserliyini isə Steysi Şer və Nik Van Dik edəcəklər. Yeri gəlmişkən, Stefano Sollimenin “Əsgər “ filmini iyun ayının 28-də izləyə biləcəksiniz.

Dalga TV © 2017