
“Dedpul
2”, “Con Uik” filmlərinin peşəkar rejissoru Devid Litç əfsanəvi döyüş
ustası və aktyor Brüs Linin “Əjdahanın çıxışı” filmini yenidən lentə almaq qərarına
gəlib. Yeni layihənin ssenarisi və aktyor heyəti haqqında hələki heç bir məlumat
yoxdur. Nəzərinizə çatdıraq ki, hazırda Devid Litç yeni çəkilən “Forsaj” filmi
üzərində işləyir. Bu da o deməkdir ki, Brüs Li sevənlər əjdahanın qayıdışını
xeyli müddət gözləməli olacaqlar.