Bred Pitt 120 min dollar Emiliya Klarka?

Filmdə bəxti gətirməyən Bred Pitin deyəsən, eşqdə üzü gülməyə başlayıb. Ancelina Coli ilə ayrılığından bir ildən çox vaxt keçsə də Pit heç cür özünə gələ bilmirdi. Üstəlik, Coli, Bredin övladları ilə qəddar rəftarını dilə gətirərək onu uşaqlarla görüşməyə icazə vermirdi. Amma dostlarının dediyinə görə, indi Bred normal həyata geri dönüb.  Hətta, yaxşı ata və yaxşı insan olmaq üçün psixoterapevtlə də görüşür.  Hətta, Bredin yeni eşq yaşadığı şayiələri də Hollivud mediasının gündəmini zəbt edib. Ancelinadan hələ də, rəsmi şəkildə boşanmayan Bredin adı “Taxt oyunları” serialının ulduzu Emiliya Klarkla hallanır.  Şon Penin təşkil etdiyi xeyriyyə auksionunda cütlük birlikdə iştirak edib. Auksionda Emiliya ilə şam yeməyi də oynanılıb. Bred bu imkandan istifadə etməyə çalışaraq qiyməti 120 min dollara qədər qaldırıb. Sonda isə ailəli bir cütlüyə güzəşt edib. Amma 31 yaşlı aktrisanı görüşə dəvət etmək fikrindədir.  Görək, cütlüyün bir-biriə olan bu marağı onları evliliyə gətirəcək?

Dalga TV © 2017