Bonni və Klayd yenidən ekranlara qayıdır

Amerikanın böyük depressiyasında amansız qatillər olan Bonni və Klayd haqqında yenidən bioqrafik film lentə alınacaq. Film Cef Qinnin “Məhv olmuş cütlük” romanı əsasında çəkiləcək. Sevgili qatilləri isə populyar aktyorlar olan Kloe Qreys Moretz və Cek O Konnel oynayacaqlar. Filmin ssenari müəllifi isə Şeldon Terner olacaq. Nəzərinizə çatdıraq ki, filmin çəkilişləri 2019-cu ilin birinci kvartalında başlayacaq.

Dalga TV © 2017