"Bond" filminin vaxtı dəyişdi

Bir neçə gün bundan öncə filmləri ilə milyonların qəlbində taxt quran rejissor Denni Boyl “Ceyms Bond 25” filminin rejissorluğunu etməkdən imtina etdi. Rejissor ilə prodüserlər arasında yaranan insidentlə bağlı heç bir məlumat olmasa da, deyilənə görə, Denni Boyl filmdə mənfi obraza çəkilən qəhrəmanı dəyişmək istəyib. Lakin ona prodüserlər mane olublar. Rejissor da öz növbəsində layihədə iştirak etməkdən imtina edib. Filmin çəkilişləri başlayanda prodüserlər bildirmişdilər ki, “Bond 25” filmi 2019-cu ilin noyabr ayının 8-də işıq üzü görəcək. Lakin son hadisə ilə bağlı filmin premyera tarixi dəyişdirildi. Film 2020-ci ilin sonlarına doğru işıq üzü görəcək. Dəqiq tarix isə bir neçə gündən sonra açıqlanacaq.

Dalga TV © 2017