“Birinci oyunçu hazırlaşsın” həftənin birincisi oldu

Məşhur rejissor Stiven Spilbergin lentə aldığı və effektlərlə bol olan “Birinci oyunçu hazırlaşsın” filmi Amerika kinoteatrlarında həftənin ən çox baxılan filmi oldu. Film birinci həftədə prodüserlərə 41,2 milyon dollar gəlir gətirdi. Həftənin ikinci ən çox gəlir gətirən filmi isə Tayler Perrinin lentə aldığı “Əsəbilik” filmi oldu. 3-cü yerdə isə bir neçə həftə bundan öncə liderliyini qoruyub saxlayan blokbaster “Qara Pantera”dır.

Dalga TV © 2017