Bir neçə serialın nümayişi dayandırıldı

“Fox” şirkətinin nümayiş etdirdiyi bir neçə serial sona çatıb. “Geektimes” jurnalının verdiyi məlumata görə, ilk bağlanan seriallardan biri beş sezon davam edən “Bruklin 9-9” serialıdır. Ondan sonra dayanan serial dörd sezon davam edən “Yer üzündə axırıncı adam” serialıdır. Hətta deyilənə görə, “Fox” şirkətinin prodüserləri populyar serial olan “Lyuçifer” serialının da nümayişini dayandırıb. Amma bütün bunlara baxmayaraq, prodüserlər illər öncə dayandırılmış “Axırıncı əsl kişi” serialının yayımını bərpa edəcəklər. Serialların bağlanma səbəbi isə reytinqlərin az olması ilə əlaqələndirilir.

Dalga TV © 2017