"Bill və Ted" yenidən ekranlara qayıdır

İlk hissəsi 1989-cu ildə işıq üzü görən “Bill və Tedin qeyri-adi macəraları“ filmi tamaşaçılar tərəfindən çox bəyənilmişdi. Bu iki dostun yeni macəralarını görmək istəyən tamaşaçılar üçün yeni xəbər var. "Bill və Ted" 2019-cu ilin yanvar ayının 10-da yenidən ekranlara qayıdır. Filmin baş rollarında birinci hissədə olduğu kimi Kianu Rivz və Aleks Uinter oynayacaqlar. Filmin rejissorluq kürsüsündə isə Din Parizo əyləşib.

Dalga TV © 2017