Ben Afflek daha Betmen olmayacaq ?

“Betmen” filminin rejissoru Mett Rivz, baş rol ifaçısı Ben Affleki layihədən kənarlaşdırmağın yolunu tapdı. Studiya rəhbərliyinin əvvəlki bəyənatlarını nəzərə alsaq, Rivzin bu filminin süjet xəttinin öncəki Betmenlə və hadislərlə heç bir əlaqəsi olmayacaq. Ona görə də, Rivz istədiyi aktyoru baş rola dəvət edə bilər.  Bu xəbər rəsmi şəkildə hələ də təsdiqini tapmasa da, Ben Afflekin qardaşı Keysi belə bir şayiənin doğru ola biləcəyinə işarə etmişdi. Maraqlı budur ki, Ben filmin rejissorluğundan imtina edəndən sonra bu şayiələr yayılmağa başladı. Afflekin də rol aldığı “Ədalət liqası” filminin uğursuzluğundan sonra “Warner Brothers” öz sıralarında növbəti kadr inqilabı etmək qərarına gəldi. Beləliklə, növbəti “Betmen” filmində Jake Gylenhaallu görəcəyik.

Dalga TV © 2017