"Bermud üçbucağı" hələ də aktualdır

Elm adamları "Bermud üçbucağı"nı kəşf etdikdən sonra bu müəmmalı yer insanlar üçün hər zaman maraqlı olub. Bunu bilən prodüserlər bu qəribə yer haqqında növbəti film çəkməyə qərar verdilər. Yeni çəkiləcək  “Bermud üçbucağı” filminin rejissoru “Qəzəbli ölülər”, “Hörümçək adam“ filmlərindən tanıdığımız Sem Reymi olacaq. Prodüserlər filmin baş rolunda məşhur aktyor Rayan Reynoldsu görürlər. Hazırda aktyorla danışıqlar gedir. Əgər aktyor filmdə çəkilməyə razılıq versə, çəkilişlər bu ilin sonunda başlayacaq.

Dalga TV © 2017