Ben Kinqsli və Oskar Ayzek finalda

Casus mövzusunda olan filmləri sevirsinizsə, o zaman nəzərinizə çatdıraq ki, bu yaxınlarda baş rollarında məşhur aktyorlar Ben Kinqsli və Oskar Ayzekin oynadığı “Final əməliyyatı” adlı film işıq üzü görəcək. Film faşist zabiti Adolf Eyxmanın törətdiyi cinayətlərdən bəhs edir. Filmin ssenari müəllifi Metyu Orton, rejissoru isə “Qızıl kompas“ və “Ən yaxşı həyat“ filmlərindən tanıdığımız Kris Vayçdır. Film bu ilin sentyabr ayının 14-də kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017