Ben Afflekin yeni filmi

“Netflix” tamaşaçılarını demək olar ki, hər ay yeni filmlər və seriallarla sevindirir. O filmlərdən biri də rejissorluğunu Cey Si Çendoranın etdiyi “Üçlü sərhəd” filmi olacaq. Filmin ulduzlardan ibarət aktyor heyəti var. Baş rollarda Ben Afflek, Çarli Xannem, Oskar Ayzek, Pedro Paskal və Qaret Xedlund oynayırlar. Prodüserlərin dediyinə inansaq, film döyüş və həyəcan səhnələri ilə bol olacaq. Filmin premyera tarixi isə hələki açıqlanmır. 

Dalga TV © 2017