Baş rolda Vin Dizel

Döyüş filmlərinin məşhur aktyoru olan Vin Dizel “Sony” studiyası ilə müqavilə imzalayaraq “Bladşot” adlı filmdə baş rolda oynayacaq. Film “Valiant” dünyasının ilk komiks filmi olacaq. Filmdə Ancelo Mortallı adlı bir cadugərin ölmüş insanları ölüm maşınına çevirməyindən bəhs olunur. Filmin rejissorluğunu Deyv Uilson edəcək. Nəzərinizə çatdıraq ki, Deyv “Deadool” filminin rejissoru Tim Millerin köməkçisi olub. Filmin prodüserliyini isə “Forsaj“ filmlərindən tanıdığımız Nil Moritz, Metyu Von, Tobi Caffe edəcəklər. Çəkilişlər bu ilin iyulunda start götürəcək.

Dalga TV © 2017