Baş rolda Uilyam Defo

“Florida layihəsi” filmi ilə bu il “Oskar” mükafatına namizəd olan Uilyam Defo yeni bir filmə çəkilməyə hazırlaşır. Con Letemin romanı əsasında çəkiləcək “Yetim Bruklin” filmində söhbət 1954-cü ildə Turetta xəstəliyindən əziyyət çəkən Layonel Essroq adlı vətəndaşın inşaat şirkətinin sahibi olan Rendolfla mübarizəsindən gedir. Filmin baş qəhrəmanı olan Layonel Essroqu məşhur aktyor Edvard Norton canlandırıb. Yeri gəlmişkən, filmin rejissoru da elə Edvard Nortondur. Bu film rejissorluq baxımından Nortonun 2-ci işidir. O ki qaldı Uilyam Defoya, tamaşaçılar aktyoru mart ayının 8-də “Florida layihəsi” filmində görə bilərlər.

Dalga TV © 2017