"Aydınlıq" filminin ikincisi gəlir

Yəqin ki, bir çoxlarınız baş rolda Uill Smitin oynadığı “Aydınlıq” filmini xatırlayırsınız. “Netflix” şirkətinin istehsal etdiyi filmin uğurundan sonra prodüserlər filmin 2-ci hissəsini lentə almağı qərarlaşdırdılar. Beləliklə, “Aydınlıq” filminin 2-ci hissəsinin ssenari müəllifi “Qerakl” filmindən tanıdığımız Evan Spiliotopoulos oldu. Filmdə baş rolda birinci hissədə olduğu kimi Uill Smit və Coel Edqerton oynayacaqlar. Yeni çəkiləcək “Aydınlıq” filminin rejissoru isə Devid Eyer olacaq.

Dalga TV © 2017