“Avengers 4” filminin çəkilişləri başa çatır

Bəli, bəli düz oxudunuz. “Avengers 4” ekranlara gəlir. Marvel qəhrəmanlar seriyasının bir hissəsi olan “Avengers” filminin 4-cü hissəsinin adı hələ dəqiq məlum olmasa da, amma çəkilişlər artıq bitmək üzrədir. Düzdü, filmin hələ bir neçə hissəsi çəkiliş prosesindədir, amma Jeremi Renner, Skarlett Johansson, Elizabeth Olsen və Paul Bettani öz hissələrinə çəkilərək filmdə işlərini yekunlaşdırıblar. Hələlik bütün çəkiliş qrupu yeni il istirahətinə yollanıblar. Amma Marveldə deyilənə görə, yeni “Avengers 4” filmi o biri seriyalardan effekt və döyüş səhnələri ilə çox fərqlənəcək. Yəni, bu filmdə aksion daha çox olacaq.

Filmi bu yaxınlarda gözləmək lazım deyil, amma hələlik çəkiliş meydanında çəkilmiş şəkillərə baxa bilərsiniz.

Dalga TV © 2017