Artıq Şvarznegger də seriala çəkiləcək

“Amazon” studiyası, deyəsən, serialları ilə “Netflix” studiyası ilə kəllə-kəlləyə gəlmək istəyir. Studiya Arnold Şvarzneggerə təklif göndərib. Belə ki, prodüserlər istəyirlər ki, aktyor “Outrider” adlı serialda rol alsın. Yeni çəkiləcək serialın baş prodüseri “Cek Rayan” filmindən tanıdığımız Meys Noyfelddir. Serialın ssenarisini isə Mark Montqomeri və Trey Koleuey yazıblar. 

Dalga TV © 2017