Arnold Şvartsenegger əməliyyat olundu

Hər zaman güclü və düşmənlərinə qalib gələn məşhur aktyor Arnold Şvartsenegger ürəyindən əməliyyat olunub. 70 yaşlı aktyorun ürəyinin klapanı dəyişilməli idi, amma son anda aktyorun ürəyində problem çıxıb və onu təcili olaraq Los-Anceles şəhərinin "Sidars Sinay" xəstəxanasına çatdırıblar. Hazırda aktyorun səhhəti normaldır. Aktyor 1997-ci ildə də ürək əməliyyatı keçirib. O, bu ilin yay ayında “Terminator” filminin çəkilişlərinə başlamalıdır. Arni möhkəm ol, biz sənə inanırıq.

Dalga TV © 2017