Antuan Fukuanın istəyi

“Universal” studiyası ilə popular rejissor Antuan Fukua yenidən masa arxasına oturmağa qərar verdilər. Studiya Fukuaya “Çapıqlı üz” filminin Remeykini çəkməyi təklif edib. Ötən il yayılan xəbərlərə görə, filmin Remeyki bu ilin avqust ayında kinoteatrlarda nümayiş olunmalı idi. Amma müəyyən səbəblərə görə, çəkiliş prosesi dayandırılmışdı. Əgər rejissorla studiya razılığa gəlsələr, “Çapıqlı üz“ filminin Remeykini önümüzdəki il kinoteatrlarda görə biləcəyik. Nəzərinizə çatdıraq ki, filmin baş rolunda Dieqo Luna iştirak edəcək.

Dalga TV © 2017