Anton Yelçin haqqında sənədli film

2016-ci ildə faciəvi şəkildə dünyasını dəyişən gənc aktyor Anton Yelçin haqda sənədli film çəkilib. Filmdə mərhum aktyorun karyerası, filmləri və filmlərin çəkilişi zamanı kadrarxası məqamları nümayiş olunacaq. Filmin rejissorluğunu Qaret Prays edib. Nəzərinizə çatdıraq ki, Qaret Prays rejissorluq kürsüsünə əyləşmədən öncə Hollivudun ən populyar montajçılarından biri olub. Filmdə dünyasını dəyişmiş Anton haqda məşhur insanlar fikirlərini bildiriblər. Onların arasında Cey Cey Abrams, Sofiya Butella, Nikolas Keyc kimi məşhur ulduzlar da var. “Sevgi ilə Anton” adlı film sentyabr ayının 19-da kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017