Ancelina Colinin antidepressantı

Özünü övladlarına, karyerasına və ictimai fəaliyyətə həsr edən 42 yaşlı Ancelina Colinin kambocalı rejissor və musiqiçi Praç Li ilə eşq yaşadığı iddia edilir.  Deyilənə görə, cütlük “Öncə atamı öldürdülər” adlı filmin çəkilişində tanış olublar. Coli sevgilisini, hətta övladları ilə də tanış edib.  Amma aktrisanın yaxınları bu xəbəri təkzib edib. Onların dediklərinə görə, Ancelina heç kəslə görüşmür, hətta bu barədə heç düşünmür də.  Praç Li ilə ancaq dostdurlar. Amma hər halda od olmasa tüstü çıxmaz. Çox keçməz ki, gerçəklər ortaya çıxar. Bu cütlük bir-birinin acığına belə edir yoxsa yeni həyata başlayırlar?

Dalga TV © 2017