
Britaniyali
məşhur aktyor Kodi Fern “Amerikanın qorxu hekayələri” serialının növbəti
sezonunda rol alacaq. Serialın yeni sezonunun adı “Apokalipsis” olacaq. Yeni
sezonda 2019-cu ildə baş vermiş dəhşətli hadisələrdən söhbət gedəcək. Serialın
yeni sezonunda Kodidən əlavə Sara Polson, Evan Piters, Keti Beyts və başqaları
çəkiliblər. “Apokalipsis” serialının yeni sezonu sentyabr ayının 12-də
başlayacaq.