
“Alita döyüşçü mələk”
filmini səbirsizliklə gözləyən tamaşaçıların nəzərinə çatdırmaq istəyirik ki,
filmin premyera tarixi dəyişib. Rejissorluğunu Robert Rodrigez, prodüserliyini
isə məşhur blokbasterlər ustası James Cameronun etdiyi “Alita” filminin
premyerası iyul ayının 20-də olmalı idi. Amma bilinməyən səbəblərə görə, film 20
iyulda deyil, 21 dekabrda nümayiş olunacaq. Bu barədə jurnalistlər prodüserlərlə əlaqə
saxlasalar da, onların sualları cavabsız qalıb.