Alek Bolduin Betmenin atası olacaq

Məşhur rejissor Todd Filipsin başı əməlli-başlı qarışıqdır. Rejissor hazırda populyar antiqəhrəmanlardan biri olan “Coker” haqqında film çəkməyə hazırlaşır. Filmdə kifayət qədər populyar aktyor və aktrisalar yer alacaqlar. Aktyor heyətinə Alek Bolduin də əlavə olunub. Deyilənə görə, aktyor Betmenin atasını canlandıracaq. Nəzərinizə çatdıraq ki, prodüserlər “Coker” filmində Betmenin atası rolunu Robert De Niroya həvalə etmək istəyirdilər. Bu rola indi Alek Bolduin çəkilsə də, deyilənə görə, Robert De Niro filmdə başqa rolu canlandıracaq.

Dalga TV © 2017