Aktyorların maddi istəyi

Məşhur “Variety” jurnalı maraqlı bir araşdırma edib. Jurnalın müxbirləri kino dünyasının peşəkar prodüserləri ilə görüşüb soruşublar ki, hansı aktyor rola çəkilmək üçün nə qədər məvacib istəyir. Məsələn: Məşhur aktyor Deniel Kreyq “Bond 25” filminə çəkilmək üçün prodüserlərdən 25 milyon dollar pul istəyir. Daha bir populyar aktyor olan Robert Dauni Jr. “ Hörümçək adam“ filmində 15 dəqiqəlik roluna görə 10 milyon dollar tələb edib. Dueyn Conson isə nə az, nə çox 22 milyon dollar istəyir. “Fosraj” filmində baş rolda oynayan Vin Dizel bu filmə çəkilmək üçün 20 milyon dollar tələb edir. 

Dalga TV © 2017