"Agent 007" Denni Boyla tapşırıldı

Bir neçə gün öncə verdiyimiz xəbər təsdiqini tapdı. Denni Boyl həqiqətən də “Agent 007”nin 25-ci seriyasını lentə alacaq. Rejissorun dediyinə görə, filmin çəkilişləri bu ilin sonunda başlayacaq. Hazırda rejissorun etibar etdiyi məşhur ssenarist Con Hodc ssenari üzərində işləyir. Filmin dünya premyerası isə 2019-cu ilin noyabr ayının 8-də olacaq. Filmdə baş rolu Deniel Kreyq oynayacaq. Rejissor Denni Boyl “Agent 007” filmi ilə yanaşı “Universal” studiyası üçün musiqili komediya janrında film də çəkəcək.

Dalga TV © 2017