"Ağ oğlan Rik"

Hər zaman maraqlı rolları ilə tamaşaçıları sevindirən aktyor Mettyu Makkonaxi bu dəfə narkotik alverçisi rolunda oynayacaq. Amerika Gettolarında narkotik satan 17 yaşlı oğlandan bəhs edən filmin adı “Ağ oğlan Rik”dir. Filmin rejissorluğunu “71” filmindən tanıdığımız Yann Demanj edəcək. Filmdə Makkonaxidən başqa Cennifer Ceyson Li, Bryus Dern, Eddi Marsan kimi aktyor və aktrisalar çəkiliblər. Filmin premyerası bu ilin sentyabr ayının 27-də olacaq.

Dalga TV © 2017