"Venom 2" filminin ssenari müəllifi məlum oldu

“Sony” studiyası ötən ilin ən yaddaqalan və məşhur filmlərindən biri olan “Venom” filminin davamını lentə almaq istəyir. Filmin artıq ssenari müəllifi də məlumdur. “Venom 2”nin ssenari müəllifi “Bozun əlli çaları“ filmindən tanıdığınız Kelli Marsel olacaq. Kelli həmçinin prodüserlik vəzifəsini də öz üzərinə götürüb. “Variety” saytının xəbərinə görə, Tom Hardi, Mişel Uilyams, Vudi Harelson öz rollarına qayıdacaqlar. Deyilənə görə, filmin nümayişi 2020-ci ildə olacaq.

Dalga TV © 2017