Netflix “Dark “ serialının 2-ci sezonuna yaşıl işıq yandırıb

Əgər  “Dark” serialına baxmamısınızsa, onda tələsməlisiniz. “Dark” serialının birinci sezonu artıq yekunlaşıb.

Serial  Almaniyanın Vinden qəsəbəsində baş verən qəribə hadisələrdən bəhs edir.  Vinden qəsəbəsində hər 33 ildən bir uşaqlar müəmmalı şəkildə itirlər. 2019-cu ildə baş qəhrəmanlardan birinin atasının intihar etməsi ilə meşədə yenə bir uşaq itir. Vinden qəsəbəsinin sakinləri itən uşağı axtaranda çox qəribə mənzərələrlə rastlaşırlar.

“Dark“ serialı Netflix-in Almaniyada çəkilən ilk layihəsidir.

Netflix şirkətinin vitse-prezidenti Kelli Lyugenbil deyir: “İlk dəfə “Dark” serialının ssenarisini oxuyanda çox təəccübləndim, çünki bundan öncə belə bir ssenari ilə rastlaşmamışdım. Biz çox sevinirik ki, tamaşaçılar “Dark” serialını çox sevdilər və dəqiq deyə bilərəm ki, serialın 2 sezonuna artıq hazırlıqlar başlanılıb”. Bu seriala həqiqətən də baxmağa dəyər ya yox? Bu barədə tezliklə bloqumuzu oxuya biləcəksiniz. Serialın birinci sezonu Netflix-in rəsmi saytında yayındadır.

Dalga TV © 2017