75-ci polis bölməsinin ikinci nəfəsi

“Tonya hamıya qarşı” filminin rejissoru Kreyq Gillespi “Sony” studiyasının sifairişi ilə yeni film çəkməyə hazırlaşır. Filmin prodüserliyi isə İlay Holsman və Con Leşerə tapşırılıb. Filmin mövzusu 1980-ci ildə Nyu York şəhərində yerləşən 75-ci polis bölməsindən bəhs edir. Bu polis bölməsi öz qəddarlığı və rüşvətxorluğu ilə Nyu Yorkda əməlli-başlı popularlıq qazanmışdır. Filmin nümayiş olunacağı vaxt hələ məlum olmasa da, amma yanvar ayının sonlarından çəkiliş prosesi start götürəcək.

Dalga TV © 2017