"355" filmində kimləri görəcəksiniz?

Hazırda çəkiliş prosesində olan və tamaşaçıların səbirsizliklə gözlədikləri növbəti filmlərdən biri də “355” filmidir. Filmdə dünyanın bir çox ölkəsində fəaliyyət göstərən casus qadınlardan söhbət gedir. Filmin baş rolları da elə xanımlardan ibarət ulduz toplusudur. Filmdə Penelope Krus, Fan Binbin, Marion Kotiyar, Cessika Çesteyn, Lyupite Niongo kimi ulduz xanımlar çəkiliblər. Filmin ssenarisi üzərində “Pişik qadın” filmindən tanıdığımız Tereza Robek işləyib. “355” filminin premyera tarixi isə hələki açıqlanmır.

Dalga TV © 2017