1963-ci il filmi “Kleopatra” – "R" reytinqi ilə yenidən ekranlara qayıdır?

“Dünyanın bütün pulları” filminin ssenaristi  1963-cü ildə lentə alınan “Kleopatra” filminin ssenarisi üzərində işləməyə başlayıb.

Sentyabr ayının 28-də “Sony” şirkəti “Kleopatra” filminin rejissorluq kürsüsündə kimin əyləşəcəyi barədə qərarlar qəbul edib. Studiya bu kürsüyə Deni Vilnyovu təklif etsə də, hələki bu barədə dəqiq məlumat yoxdur. Amma buna baxmayaraq, layihə üzərində işlər getməkdə davam edir. Ssenarist Devid Skarpın dediyinə görə, bu ssenari 1963-cü ildə çəkilən və Kleopatra rolunda Elizabet Teylorun oynadığı filmdən kifayət qədər fərqlənəcək.

Məşhur internet saytlarının birinə müsahibə verən ssenarist David Scarp deyir : “Biz klassik Kleopatradan çox uzaq olacağıq. 1963-cü ilin Kleopatrasında 3 saat yalnız insanların əyləncəsi və s. təsvir olunurdusa, biz yeni Kleopatranı siyasi triller tərzində lentə alacağıq. Bizim yeni Kleopatramızda hər şey olacaq: şiddət, qan, gizli eşq macəraları və s. Uzun sözün qısası, bizim Klepoatra sizin düşündüyünüz Kleopatradan çox fərqli olacaq.”

“Kleopatra” filmi “Sony” şirkətinin çoxdan həyata keçirmək istədiyi layihələrdən biridir. Hətta bu filmə Jeyms Kameron, Pol Gringrass, Devid Finçer kimi məşhur rejissorlar cəlb edilmişdir.

Əgər Devid Vilnyovun rejissorluğu təsdiqlənsə belə filmi yaxın zamanlarda görmək o qədər də asan olmayacaq. Çünki hazırda Devid Vilnyov Frenk Qerbertin ”Dyuna“ adlı əsəri üzərində işləyir.

Dalga TV © 2017